Cavadxan küçəsindəki “İzmit Park” abadlaşdırıldı

Nəsimi rayonunda Nəsimi rayon Bələdiyyəsi tərəfindən küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi Bələdiyyəsi tərəfindən 2022-ci ildə Nəsimi rayonu, Cavadxan küçəsi 64 ünvanında yerləşən “İzmit Park”ında abadlıq işləri aparılıb.

Layihə çərçivəsində parkın 430 kvadratmetr hissəsinə süni qazon döşənib, həmçinin 15 ədəd işıq plafonu yeniləri ilə əvəz olunub. Abadlaşdırma işlərinin tamamlanmasından sonra park sakinlərin ümumi istifadəsinə təqdim edilib.

Bu kimi layihələr Nəsimi rayonunda yaşayış mühitinin daha da gözəlləşdirilməsinə, sakinlərin rahatlığına və ekoloji mühitin qorunmasına xidmət edir. Nəsimi Bələdiyyəsinin həyata keçirdiyi ardıcıl abadlıq tədbirləri rayonun simasının yenilənməsinə, paytaxtın ümumi estetik görünüşünün yaxşılaşmasına mühüm töhfə verir.