Nəsimi Bələdiyyəsi rayon ərazisində abadlıq və yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirir, sakinlərin rahatlığı üçün ardıcıl layihələr həyata keçirir. Bu təşəbbüslər paytaxtın ekoloji və estetik simasının yenilənməsinə mühüm töhfə verir.
Nəsimi Bələdiyyəsi tərəfindən 2022-ci ildə Nəsimi rayonu ərazisində yerləşən Koroğlu Parkında abadlıq və yenilənmə işləri həyata keçirilib.
Layihə çərçivəsində parkda 2 ədəd yeni uşaq atraksionu alınıb və quraşdırılıb. Yenilənən park balaca sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün daha rahat və təhlükəsiz şəraitlə təmin olunub.
Bu kimi layihələr Nəsimi Bələdiyyəsinin şəhər infrastrukturunun müasirləşdirilməsi, ictimai məkanların abadlaşdırılması və vətəndaş rifahının yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyətinin bariz nümunəsidir.