Nəsimi Rayon Nəsimi Bələdiyyəsi 8 Noyabr – Zəfər Günü münasibətilə 2025-ci il üzrə şəhid ailələri və qazilərə yönəlmiş sosial dəstək tədbirlərini həyata keçirib.
Bələdiyyə tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müharibə veteranlarına 90 pay ərzaq yardımı təqdim olunub.
Bundan əlavə, Nəsimi rayonunda yaşayan 87 nəfər şəhid və qazi ailəsinə “8 Noyabr Zəfər Günü” loqosu ilə hazırlanmış suvenir hədiyyələri verilib. Hədiyyələrin təqdim edilməsində məqsəd Zəfər Gününün dövlətçilik və milli qürur baxımından əhəmiyyətini vurğulamaq, qəhrəmanlarımızın ailələrinə mənəvi dəstək göstərmək olub.
Eyni zamanda həmin 87 ailəyə 100 manat məbləğində maddi yardım ayrıldığı bildirilib.