“Duman” – Narkobiznesə qarşı real hekayə

Nəsimi Bələdiyyəsinin film layihələri ictimai maarifləndirməyə xidmət edir. Bu filmlərdən biri də "Duman"dır.

Real hadisə əsasında çəkilən “Duman” sənədli filmi narkoticarətlə mübarizə mövzusuna həsr olunub.


Film 2024-cü ildə Nəsimi Bələdiyyəsinin sifarişi və Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Ekran işində ölkə ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəbəkəyə qarşı həyata keçirilən əməliyyatdan, eləcə də bu bəlaya qarşı dövlətin apardığı ardıcıl və sistemli mübarizədən bəhs olunur.


“Duman” filmində real hadisənin iştirakçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə müsahibələr yer alıb. Filmin əsas məqsədi narkomaniyanın fərdlər və cəmiyyət üçün yaratdığı təhlükələrə diqqət çəkmək, xüsusilə gəncləri bu bəladan uzaq durmağa çağırmaqdır.

Filmin yayım hüququ "Baku TV"yə məxsusdur.