Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı 2025-ci ildə Nəsimi Bələdiyyəsinin sifarişi ilə “Xocalıya Ədalət” adlı sənədli film hazırlanıb.
Ekran işində 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsinin tarixi, hadisələrin gedişi və bu qanlı hadisəni törədənlərin kimliyi barədə ətraflı məlumat verilir.
Filmdə, həmçinin faciənin sağ qalan şahidləri və qurbanlarının ailə üzvləri o dövrdə yaşadıqları dəhşətləri öz dillərindən danışırlar.
Sənədli film yalnız tarixi faktları deyil, həm də soyqırımın insan talelərinə vurduğu dərin izləri əks etdirir. Ekran işində arxiv görüntülər, eksklüziv müsahibələr və sənədli kadrlar vasitəsilə faciənin real mənzərəsi tamaşaçıya təqdim olunur.
Qeyd edək ki, filmin yayım hüququ “Today Media & Documentary”yə məxsusdur.