Azərbaycanın multikultural dəyərlərinindən bəhs edən “Vəhdət” sənədli filmi təqdim olunub.
Film 2023-cü ildə Nəsimi Bələdiyyəsinin sifarişi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanıb.
“Vəhdət” sənədli filmi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olan Lahıc qəsəbəsinə həsr olunub. Film qədim sənətkarlıq ənənələrinin bu günə qədər qorunub saxlandığı, müxtəlif mədəniyyətlərin və inancların bir arada yaşadığı Lahıcın tarixini, mədəni irsini və gündəlik həyat tərzini əks etdirir.
Ekran işində Lahıcda yaşayan tatların həyatı, onların peşələri, ailə ənənələri, adət-ənənələri və sənətə olan bağlılıqları geniş şəkildə təsvir olunur.
Lahıc sakinləri sənədli filmdə doğma torpaqlarına olan sevgilərindən, əsrlər boyu formalaşmış mehriban qonşuluq münasibətlərindən və bu gün də yaşatdıqları birgəyaşayış ruhundan danışırlar.
Qeyd edək ki, “Vəhdət” sənədli filminin yayım hüququ “Baku TV”yə məxsusdur.